“Meta” süni intellekt sahəsinə artan investisiyaların yaratdığı xərcləri balanslaşdırmaq üçün yüzlərlə əməkdaşını işdən çıxarır.
Valyuta.az xəbər verir ki, ixtisarlar satış, işə qəbul, “Facebook” və qlobal əməliyyatlar daxil olmaqla bir neçə bölməni əhatə edir. Bu proses çərçivəsində “Reality Labs” bölməsində də işçi sayının azaldıldığı bildirilir.
Qeyd edək ki, Reality Labs bölməsi 2021-ci ildən bu yana metaverse və virtual reallıq layihələri səbəbilə 70 milyard dollardan çox zərər edib. Cari ilin əvvəlində də bu bölmədə təxminən 1000 nəfər işdən çıxarılıb.
Məlumata görə, “Meta” qarşıdakı illərdə süni intellekt və məlumat mərkəzlərinə böyük həcmdə investisiya qoymağı planlaşdırır. Şirkətin 2028-ci ilə qədər bu istiqamətdə yüz milyardlarla dollar sərmayə yatıracağı gözlənilir.
Bununla yanaşı, bəzi rəhbər şəxslər üçün yeni maaş paketlərinin tətbiqi də müzakirə olunur ki, bu da ixtisarlar fonunda diqqət çəkən məqam kimi qiymətləndirilir.