Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Metroda “Əhmədli”dən “Dərnəgül”ə necə gedəcəyik? –

Orkhan Ali 09 Aprel 2025 - 14:34 (Last updated: 21 May 2025 - 20:15)
00001.00_02_21_00.Still004
Mətbuatda “28 May” stansiyasının bağlanacağı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə də sözügedən mövzu ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, ildə yeraltı nəqliyyatdan 220 milyondan çox sərnişin istifadə edir. Qırmızı xətt və yaşıl xəttin birləşdiyi “28 May” isə ən çox sərnişin qəbul edən stansiyalardan biridir. Stansiyanın bağlanması barədə xəbərlər narahatlığa səbəb olub.
Modern.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, “28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət qoyulacaq. Buna səbəb “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıdır.
Tunelin inşasına bu ilin son rübündə başlanılması nəzərdə tutulub. Qeyd edək ki. son rüb dedikdə ilin oktyabr, noyabr və dekabr ayları nəzərdə tutulur.
Bakı metrosundan verilən açıqlamada, həmçinin qeyd olunur ki, “28 May” stansiyasının sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb.
“Qatarlar “İçərişəhər-Əhmədli” xəttində adi adi qaydada hərəkət edəcək”, – açıqlamada bildirilib. Açıqlamada məlum olur ki, “Əhmədli”dən (əslində “Həzi Aslanov” stansiyasından) “İçərişəhər”ə hərəkət edən sərnişinlər üçün hər hansı çətinlik olmayacaq.
“Dərnəgül”dən “Əhmədli” istiqamətinə və əksinə gedən sərnişinlər isə çətinliklə üzləşəcək. Belə ki, “Əhmədli” istiqamətindən gələn sərnişinlər “28 May”da düşməli olacaqlar. Onlar hələlik məlum olmayan yolla “Nizami”yə getməli, həmin stansiyadan “Dərnəgül” istiqamətində davam etməlidir.
“Dərnəgül”dən gələn sərnişinlər isə, eyni qaydada, “Nizami”yə qədər gəlməli, oradan hələlik məlum olmayan yolla “28 May” stansiyasına getməli və bu stansiyadan yoluna davam etməlidir.
“Nizami”dən “28 May” stansiyasına sərnişinlər necə hərəkət edəcəyi isə hələlik məlum deyil. Rəsmi açıqlamada bildirilib ki, “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin və yaxud transferinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək.
Müzakirə olunan mövzuları dəqiqləşdirmək üçün Modern.az məsələ “Bakı Metroploiteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədova bir sıra suallar ünvanlayıb.
Mətbuat katibi bir daha bildirib ki, “28 May” stansiyasına daxil olmaqda heç bir problem yaşanmayacaq:
“Ümumiyyətlə “28 May” stansiyasının bağlanması günün mövzusu deyil. Stansiyanın bağlanacağı ilə bağlı məlumatlar haradan çıxıb, bilmirəm. Xətlərin ayrılması üçün zəruri olan təxminən 200 metrlik tunelin inşası zamanı “28 May” stansiyası öz funksional fəaliyyətini davam etdirəcək. Lakin qatarlar “28 May” stansiyasından indiki kimi üzü “Nizami” istiqamətində hərəkət etməyəcək. Yəni “28 May”dan “Dərnəgül” istiqamətinə qatarların hərəkəti məhdudlaşdıracaq. Yaşıl xətdə qatarlar hərəkət edəcək. Tunelin inkişafı dövründə  qatarlar “Dərnəgül” “Nizami” arasında hərəkət edəcək. Birinci mərhələdə əsas məsələlərdən biri “Dərnəgül” elektrik deposunun birinci mərhələ üzrə işlərinin tamamlanmasıdır. Bununla bağlı məsələlərə aydınlıq gətirildikcə ictimaiyyətə tam məlumatlar təqdim olunacaq. Bütün məlumatlar operativ şəkildə veriləcək ki, hər hansı bir əlavə problem olmasın”.
Mətbuat katibi bir daha vurğulayıb ki, “28 May”-“Nizami” stansiyaları arasında sərnişinlərin transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək:
“Qatarlar indiki kimi “İçərişəhər”-“Əhmədli” istiqamətində qatar necə gedib-gəlirsə, orada hər hansı dəyişiklik olmayacaq. Dəyişiklik sadəcə o olacaq ki, “28 May”la “Dərnəgül” istiqamətində qatarların hərəkəti məhdudlaşdırılacaq. Qırmızı xətdən yaşıl xəttə, yaxud da “28 May”-“Nizami” stansiyaları arasında isə metro sərnişinlərin  transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Post navigation

Previous: Paris və London Odessaya hərbi müdaxiləyə hazırlaşır –
Next: Türkiyə Suriyada qalacaq, İsrail geri çəkiləcək: Tramp –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.