Metroda qoruyucu maska satan şəxs saxlanılıb

05 Mart 2020 - 14:45

Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs saxlanılıb. 

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.  Məlumata görə, Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü M.Kamalov metropolitenində polis şöbəsinə aparılıb.

Onun barəsində İXM-in 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.