Bakı Avtovağzalı:"Dezinfeksiya hər gün edilir"

“Bakı Avtovağzal Kompleksində dezinfeksiya işləri hər gün görülməkdədir”.

Bunu “APA-Economics”ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Onun sözlərinə görə, bundan öncə də dezinfeksiya işləri görülürdü, indiki vəziyyəti nəzərə alaraq, qabaqlayıcı tədbirlərin tezliyi artırılıb və gündəlik olub.

Pərvin Məmmədova onu da qeyd edib ki, sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq, onların daimi məlumatlı olunması üçün 406-01-58/59 Çağrı Mərkəzi 24 saat fəaliyyət göstərir.

Bundan əlavə, avtovağzalın mətbuat xidmətinin rəhbəri əlavə edib ki, təhlükəsizlik ölçüləri bununla bitmir. Belə ki, kompleksin bütün işçilərinə təlimat keçilir və onlar tibbi maska, əlcək və digər lazımi olan ləvazimatlarla təchiz ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Metroda qoruyucu maska satan şəxs saxlanılıb

Sonrakı məqalə

Gürcüstan İran-Azərbaycan sərhədində qalan vətəndaşlarını təxliyə edib