Metronun bu stansiyalarına əlavə “X-Ray” aparatı yerləşdirilib

Bakı metrosunun “Nərimanov” və “Gənclik” stansiyalarının hər iki girişində əlavə “X-Ray” aparatı yerləşdirilib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib.

O bildirib ki, məqsəd yeni tədris ilində sərnişin axınını qismən də olsa tənzimləməkdir. Onun sözlərinə görə, aparatların metronun digər stansiyalarında da yerləşdirilməsi infrastrukturdan asılıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.