Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Metropolitenin stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

User 09 İyun 2023 - 16:16 (Last updated: 21 May 2025 - 20:15)
168631277465379630_1000x669

Son illərdə “Bakı Metropoliteni”nin stansiya və tunellərində mikroiqlim sisteminin yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni və daha güclü ventilyatorların və təbii havalandırma qurğularının tətbiqi ilə yanaşı, 2018-ci ildə güclü ventilyatorların iş qrafikinin dəyişdirilməsi müsbət təsirlərini göstərməkdədir.

Bunu açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. Metropoliten rəsmisi qeyd edib ki, Bakının iqlim şəraiti nəzərə alınmaqla, tətbiq edilən yeniliklərə əsasən, ventilyatorların iş rejimi fəsillər üzrə qurulmağa başlanıb. Hər fəslin ümumi xarakterik hərarəti, rütubətlilik və digər mikroiqlim parametrləri üzrə aparılmış monitorinqlərin nəticələrinə uyğun qrafiklər tərtib olunur.

Onun sözlərinə görə, “Bakı Metropoliteni”nin stansiyaları və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib. Fəsillər üzrə tərtib olunan qrafik gün ərzində havanın hərarətindən asılı olaraq, ventilyatorların axına və sovurmaya işləməsini də nəzərdə tutur. Əsas hesabatlara uyğun olaraq, tunel və stansiya ventilyatorlarının iş rejimi fərqli qurulur. Bu zaman dempferlərin qoşulması və qatarların hərəkətindən yaranan hava kütləsinin dövr etməsi nəticəsində stansiyalarda sabit mikroiqlim mühitinin yaranması təmin edilir. Buna nümunə olaraq, günün isti saatlarında stansiyalarda yerləşən ventilyatorların axına deyil, sovurmaya işləməsi qeyd oluna bilər. Nəticədə, isti hava kütləsinin stansiyalara vurulmasının qarşısı alınmaqla mikroiqlim mühiti optimallaşdırılır. Lakin ventilyasiya sisteminin iş rejimi yay fəslinə uyğunlaşdırılsa da, hava haqqında proqnozlaşdırılan məlumatlar və digər məsələlər diqqətdə saxlanılır. Bu monitorinqlər hər fəsil ərzində də operativ qərarların verilməsini istisna etmir.

B.Məmmədov əlavə edib ki, metropolitenində ventilyatorların (süni havalandırma sistemi) və dempferlərin (təbii havalandırma sistemi) mərkəzləşdirilmiş idarəetmə prinsipləri tətbiq edilir. Bu isə dispetçerə sovurmaya və axına çalışan ventilyatorların iş rejimini dəyişmək imkanı verir. Bu məqsədlə “Bakı Metropoliteni”ndə bütün ventilyatorların idarəetməsi müvafiq fiberoptik kanallar vasitəsilə yenidən qurulub və məsafədən müasir idarəetmə sistemləri tətbiq olunub.

Vurğulayıb ki, “Bakı Metropoliteni”ndə mikroiqlim nəzarəti iki mühüm sahə vasitəsilə həyata keçirilir. Birincisi, ay ərzində ən azı iki dəfə olmaqla, müasir diaqnostika kompleksi bütün stansiyalar üzrə mikroiqlim məlumatlarını avtomatik qeydə alaraq, arxivləşdirir. Bununla yanaşı, hər gün qrafik üzrə stansiyalarda müasir əl cihazları ilə ölçmələr aparılır. Bu sırada havanın hərarəti, rütubətliliyi, oksigen miqdarı, tozluluğu və s. parametrlər üzrə bir stansiyanın 15-20 nöqtəsində ölçmələr təşkil edilir. Müasir cihazlar vasitəsilə bu nəticələr arxivləşdirilərək təhlillər aparılır.

Post navigation

Previous: “Qızıl top” mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlandı
Next: Ədliyyə Nazirliyinin məxfi şöbəsinin rəisi 90 min manatı ələ keçirib –

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.