Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub

User 08 Dekabr 2024 - 16:01 (Last updated: 21 May 2025 - 20:15)
mehkeme

“Meydan” TV-nin qaçaqmalçılıqda ittiham olunan əməkdaşları Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı və Aysel Umudovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

APA xəbər verir ki, təqdimata bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

Qərara əsasən, jurnalist Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda, məhkəmənin qərarı ilə Ülvi Tahirov barəsində də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu şəxslər dekabrın 6-da saxlanılıb.

Məlumat üçün bildirək ki, ibtidai istintaq dövründə Natiq Cavadlı 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan), digər təqsirləndirilən şəxslər isə 1 saylı Bakı İstintaq Təcridxanasında( Kürdəxanı) saxlanılacaq.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Post navigation

Previous: “Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib” –
Next: Politoloq Azər Qasımlının nədə təqsirlli bilindiyi bəlli oldu

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

tramp
  • Dünya

Tramp İranla atəşkəsi “vaxt itkisi” adlandırdı – Müharibə ilə bağlı açıqlama

User 27 Oktyabr 2026 - 12:57
ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı yayda əldə olunan qısamüddətli atəşkəsi vaxt itkisi hesab edir. O,...
Read more about Tramp İranla atəşkəsi “vaxt itkisi” adlandırdı – Müharibə ilə bağlı açıqlama
Qazaxıstanda ruslara avtomobil satmaqdan imtina edirlər qazaxstan serhed
  • Dünya

Qazaxıstanda ruslara avtomobil satmaqdan imtina edirlər

User 27 Oktyabr 2026 - 12:52
ABŞ Kanada ilə razılaşmağa hazırlaşır – polad və avtomobil rüsumu azaldıla bilər abs kanada
  • Dünya

ABŞ Kanada ilə razılaşmağa hazırlaşır – polad və avtomobil rüsumu azaldıla bilər

User 27 Oktyabr 2026 - 12:45
Özbəkistanda kino sahəsində böyük islahat – Film istehsalı özəl sektora verildi ozbek prezident
  • Mədəniyyət

Özbəkistanda kino sahəsində böyük islahat – Film istehsalı özəl sektora verildi

User 27 Oktyabr 2026 - 12:33
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 27 Oktyabr 2026 - 12:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.