“Meydanda əsl azərbaycanlı kimi vuruşduq” –Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbaov Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı məğlub edərək (4:2, 2:3) 1/8 finala adlamaqları barədə danışıb. 

Baş məşqçi cavab matçından sonra “CBC Sport”a açıqlaması zamanı kövrəlib və söyləyib:  “Ürəyimdə çox şey var. İnsanların sevinməsinə görə çox sevinirəm. Hamıya təşəkkür edirəm. Futbolçularımız böyük xarakter göstərdilər. Müharibə dövründə cənab Prezidentin güclü döyüşü vardı. Sanki oyunun gedişatında həmin döyüşü hiss edirdik. Elə oyundan əvvəl də belə bir söhbətimiz olmuşdu ki, meydanda döyüşməliyik. Bu gün əsl azərbaycanlı kimi vuruşduq. Dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, “Qarabağ” bu gün daha bir tarix yazaraq Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.