“Meymunçiçəyi yeni COVID-19 deyil” –ÜST rəsmisi

Meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb
Meymunçiçəyi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge meymunçiçəyi epidemiyasının yeni COVID-19 olmadığını deyib.

O, səlahiyyətlilərim virusun yayılmasına necə nəzarət edəcəyini açıq şəkildə bildiyini, virusa nəzarət vasitələri haqqında çox şeyin məlum olduğunu deyib. Ekspert bildirib ki, vaksinlərin ən çox ehtiyac duyulan ərazilərə çatdırılması kimi tədbirlərlə virusun qarşısı alına bilər.

Klüge deyib ki, regionlarda və qitələrdə meymunçiçəyi ilə bağlı birlikdə mübarizə aparmaq lazımdır və bu virusun qarşını almaq mümkündür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.