Meymunlar insan kimi söhbət edir, bir-birinin sözünü kəsirlər –Araşdırma/ “Current Biology” jurnalı

Vəhşi şimpanzelər də insan kimi növbə ilə danışır. 

Azpost.info bildirir ki, bununla bağlı araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.

Araşdırmada qeyd olunur ki, heyvanlar ilk növbədə jestlər, o cümlədən əl hərəkətləri və üz ifadələri vasitəsilə ünsiyyət qururlar.

Onların söhbətlərini təfərrüatlı şəkildə tədqiq edən alimlər müəyyən ediblər ki, məlumat mübadiləsi zamanı onlar “danışıq zamanı növbə ilə danışır, həmçinin vaxtaşırı bir-birinin sözünü kəsirlər.

Primat ünsiyyətini öyrənən professor Ket Hobaiter izah edir ki, bu sürətli növbəlilik insan söhbətinin əlamətidir.

“Hamımız söhbətlər arasında təxminən 200 millisaniyə fasilə veririk”. Bir millisaniyə saniyənin mində bir hissəsidir.

Professor Hobaiter və həmkarları vəhşi şimpanzelərin bir-biri ilə ünsiyyət qurmasına dair minlərlə nümunəni tədqiq edərək heyvanların danışıq vaxtını təyin edə bildilər. “Şimpanze və insan vaxtlarının bu qədər yaxın olduğunu görmək heyrətamizdir” -deyə alim bildirib.

“Şimpanzelər daha geniş davranış diapazonu nümayiş etdirə biliblər. Bəzən bir-birinin sözünü kəsir, bəzən isə cavab vermək üçün çox vaxt tələb olunurdu”, – deyə alim əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.