“Meyxana ustası Kərimin ölüm xəbəri yalandır” –AÇIQLAMA

Sosial şəbəkələrdə tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı Oxu.az meyxanaçı Mehman Əhmədli əlaqə saxlayıb.

O bildirib ki, həmkarı haqqında yayılan ölüm xəbəri yalandır:

“Belə məlumatı reytinq xətrinə kim yayırsa, çox yanlış hərəkət edir. Meyxanaçı Ağakərim sağdır, evindədir. Xəstəliyindən dolayı insanları tanımaqda bir qədər çətinlik çəkir, lakin səhhətində ağırlaşma yoxdur. Adamın ailəsi, yaxınları var. Bu cür yalan, qeyri-dəqiq məlumat yaymaq olmaz”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Narkotik satan daha 14 narkotacir saxlanıldı –