Meyxanaçı Orxan Lökbatanlının vəfat etməsi barədə xəbər yayılıb.
Bu barədə Metbuat.az-a onun yaxınları bildiriblər.
Vəfat səbəbi olaraq boğazında şiş olması göstərilir.
Orxan Lökbatanlının prodüseri isə meyxanaçının vəfat etməsi ilə bağlı iddiaları təkzib edib.
O meyxanaçının səhhətinin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, Orxan Lökbatanlı xəstəxanaya yerləşdirilmişdi.
**
Meyxanaçının sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub.
Məlumatların doğru olmadığı bildirilib: “Yalan xəbərdir. Orxan yaxşıdır, narahat olmayın”.