“Microsoft” Rusiyaya ziyan vurur”- Rusiya XİN

“ABŞ-ın “Microsoft” şirkəti Ukraynaya yardım göstərməklə Rusiyaya ziyan vurur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, korporasiya kibermüdafiəni gücləndirmək bəhanəsi ilə Kiyevi dəstəkləyir və eyni zamanda

Rusiyanı Ukrayna saytlarına kompüter hücumları həyata keçirməkdə ittiham edir.

“Microsoft” o şirkətlərdəndir ki, nəinki anti-Rusiya ritorikası ilə, həm də dövlətimizin ziyanına olan konkret addımlarla ləkələnib”, – Qaluzin deyib.

O əlavə edib ki, şirkət Rusiyanın mühüm infrastrukturuna qarşı müntəzəm kibertəxribatlara göz yumur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.