Vətəndaşlar bir çox hallarda MİDA-nın güzəştli mənzil satışı zamanı internetdən narazılıq edirlər. Onlayn platformada vaxtın azlığından, texnoloji vərdişlərin azlığı onlyan alış-veriş üçün əsas problem hesab edilir.
AzPost bildirir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas MIDA-da onlayn formada ev almaq istəyənlər üçün bəzi məsləhətləri verib.
–MIDA üçün çox sürətli, 4000–5000 manatlıq kompüterə ehtiyac yoxdur. Orta göstəricilərdə, donmayan-tutulmayan, əməli, yəni RAM yaddaşı 8 GB və üzəri olan kompüterlərlə rahat oynamaq olur. Çalışın brauzerdə çox pəncərə açmayın. “Google Chrome” brauzeri ilə oynamaq məsləhətdir.
Ümumiyyətlə indiki şərtlərdə kiber müdaxilə çətindir. Çünki son ana qədər təhlükəsizlik yoxlanışını heç kim bilmir.