Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

MİDA növbəti güzəştli mənzil seçimini başa çatdırdı

User 05 Sentyabr 2026 - 00:32 (Last updated: 05 Sentyabr 2026 - 00:32)
menzil

“Bu gün “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatmışdır”.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi birgə məlumatında deyilir.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, vətəndaşlara elektron məkanda göstərilən xidmətlərin əlçatanlığı, şəffaflığı və təhlükəsizliyi istiqamətində növbəti yüksək nəticə əldə olunmuşdur.

04.09.2026-cı il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin “Güzəştli mənzil” sistemi vasitəsilə satışı uğurla həyata keçirilmişdir.

Satış prosesinin tam təhlükəsiz, fasiləsiz və bərabər şəraitdə həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mütəxəssislərinin sıx, vahid və əlaqəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı əməkdaşlığı və hər bir qurumun öz istiqaməti üzrə göstərdiyi yüksək peşəkarlıq bu uğurun əsas təminatçısıdır.

Bugünkü satış bir daha sübut etdi ki, Azərbaycan elektron məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli, etibarlı və innovativ xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən biridir.

Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində yeniliklər tətbiq edəcəkdir.

Ölkəmizdə rəqəmsal xidmətlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması bundan sonra da davam etdiriləcəkdir.

AzPost.az

Post navigation

Previous: Yarpaqları yandırmayın! –
Next: Dünya çempionatı ABŞ -a 18 milyard dollar gəlir gətirdi –

Oxşar xəbərlər

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00

xƏBƏR

tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
ABŞ Prezidenti Donald Tramp iyun ayında 80 yaşını tamamlamasına baxmayaraq, özünü yaşlı insan hesab etməkdən imtina edib....
Read more about 80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”
“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə virus huceyre
  • Maraqlı

Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə

User 23 Oktyabr 2026 - 13:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.