Mikayıl Cabbarov həftə ərzində ikinci dəfə Türkmənistan prezidenti ilə görüşüb

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Azpost. info bildirir ki, bu barədə dövlət informasiya Agentliyi məlumat yayıb. Bu, həftə ərzində prezidentlə M.Cabbarovun ikinci görüşüdür. Bundan əvvəlki görüş noybarın 18-də baş tutub.

Tərəflər bu dəfə də nəqliyyat və enerji sahəsinə əməkdaşlığı müzakirə ediblər.

M.Cabbarov deyib ki, iki ölkə liderinin şəxsi münasibətləri dövlətlərarası əlaqələrin möhkəmlənməsi üçün gələcək proqnozlar qurmağa imkan verir.

Türkmənistan prezidenti bildirib ki, hər iki dövlət dünya bazarında enerji resurslarının paritet əsasında diversifikasiyanın tərəfdarıdır.

Berdımuhammadov birgə enerji layihələrinin reallaşdrılmasına hazır olduğunu bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir