qtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb.
Bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqramda yazıb.
O bildirib ki, tərəflər Rusiya və onun subyekti – Çeçenistanla iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.
Xatırladaq ki, Əhməd Kadırov dünən Azərbaycanda QMİ sədri Allahşükür Paşazadə ilə də görüşüb.