Mikroavtobusun önünü kəsib şüşələrini yumruqladı –Sürücünü söyüb təhqir etdi (ANBAAN VİDEO)

Yolda dava
Yolda dava

İstanbulun Büyükçekmece bölgəsindəki E-5 şosesində baş verən hadisə zamanı bir sürücü avtomobilindən düşərək yolu kəsib. Ardınca digər avtomobilin şüşəsini yumruqlayıb, təhqir və hədə-qorxu ilə qışqırıb.

AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə gecə saatlarında Büyükçekmece E-5 avtomobil yolunun Silivri istiqamətindən keçən hissəsində baş verib. İddiaya görə, mikroavtobusun sürücüsü ilə avtomobilin sürücüsü arasında yol vermək məsələsinə görə mübahisə düşüb. Mübahisədən sonra avtomobilin sürücüsü digər mikroavtobusun yolunu kəsib.

Qəzəbli sürücü avtomobilindən düşərək furqonun şüşələrini yumruqlayıb və sürücünü söyüb, təhqir edib. Həmin anlar avtomobilindən düşməyən sürücünün telefonunun kamerasına düşüb. Hadisə tərəflərin ayrılması ilə başa çatıb.

Hadisə ilə bağlı polis araşdırma başlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.