Mikrobioloqdan xəbərdarlıq –C vitamini nə zaman təhlükəli olur?

C vitamini
C vitamini

C vitamini adətən soyuqdəymədən qorunmaq üçün geniş istifadə olunur, lakin onun nəzarətsiz və yüksək dozada qəbulu sağlamlığa ciddi zərər vura bilər.

Azpost.az KP.RU-ya istinadla xəbər verir ki, bu barədə həkim-ekspert, mikrobioloq Vera Seryojina məlumat verib.

Mütəxəssis bildirib ki, C vitamini immun sisteminin möhkəmlənməsində və bir çox maddələr mübadiləsi prosesində mühüm rol oynayır. Lakin bu vitamin orqanizmdə yığılmır və ehtiyatların davamlı olaraq təbii qidalardan – giləmeyvələrdən, itburnudan, kələmdən təmin edilməsi daha məqsədəuyğundur.

Seryojina vurğulayıb ki, qida vasitəsilə qəbul edilən C vitamininin artıqlığı təhlükə yaratmır, çünki orqanizm onu təbii şəkildə mənimsəyir. Əvəzində, aptekdə satılan sintetik əlavələrin yüksək dozaları – xüsusilə 500–1000 milliqramdan yuxarı qəbul – tam mənimsənilmir və bir sıra fəsadlara səbəb ola bilər.

Onun sözlərinə görə, C vitamininin artıq dozası böyrəklərə yük salır, bu isə böyrək daşlarının yaranması, ürəkbulanma, ürək döyüntülərinin sürətlənməsi və allergik reaksiyalarla nəticələnə bilər.

Həkim əlavə edib ki, yüksək dozanın soyuqdəymədən qorunmanı artırması ilə bağlı iddialar əsassızdır. Əksinə, həddindən artıq qəbul orqanizmi lazımsız yerə yükləyir və əlavə fayda vermir.

Mütəxəssis sonda bildirib ki, güclü immunitet üçün əsas amillər düzgün qidalanma, yetərli yuxu və gündəlik fiziki fəaliyyət hesab olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.