Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

Avropanın 37 milli futbol liqası Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) ilə birlikdə FIFA-nı Avropa Məhkəməsinə şikayət edib.

Buna ali futbol qurumunun oyunların sayını artırmaq üçün verdiyi birtərəfli qərarlar səbəb olub.

Şikayət ərizəsində FIFA-nın turnir təşkilatçısı kimi səlahiyyətlərindən sui-istifadə etdiyi və futbolçuların rifahı ilə maraqlanmadığı iddia olunub.

Milli futbol liqalarının və FIFPro-nun əsas məqsədi futbolçuları ildə üç-dörd həftəlik məcburi istirahətə göndərməkdir(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.