Milli Məclis rəhbərliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

23 Mart 2020 - 14:49

“Azərbaycan Respublikasının Milli Məclisi də ölkə ərazisində koronovirus infeksiyası ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlayır. Dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə Parlament Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir”.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq  əmək haqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər.