Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də analoji məzmunda dəyişiklik təklif edilib.
Qanun layihəsinə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsi Günəşli bələdiyyəsi ilə əvəz edilib.
Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib. (APA)