Milli Məclis Şamaxının Saqiyan kəndinin adının dəyişdirilməsinə səs verdi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı  rayonunun Saqiyan  kəndinin  Günəşli  kəndi  adlandırılması  haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə  edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də analoji məzmunda dəyişiklik təklif edilib.

Qanun layihəsinə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsi  Günəşli bələdiyyəsi ilə əvəz edilib.

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Baydeni prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

Sonrakı məqalə

12 hərbi əsir azad edilərək dekabrın 14-də Vətənə gətirilib –