Milli Məclisin deputatlarına vəsiqələrin veriləcəyi tarix

AÇIQLANDI
11 Mart 2020 - 12:05

VI çağırış Milli Məclisin üzvlərinə deputat vəsiqələrinin veriləcəyi tarix məlum olub.

“Report”un xəbərinə görə, parlamentin martın 13-də keçiriləcək plenar iclasında VI çağırış Milli Məclisin deputatlarına vəsiqələr təqdim olunacaq.

Deputat vəsiqələrini parlament üzvlərinə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.