Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

21 May 2021 - 12:03

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı müraciət olunub.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Milli Məclisin Sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.