Milli Məclisin plenar iclasının vaxtı dəyişdirildi

04 Aprel 2020 - 14:19

Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasının vaxtı dəyişdirilib.

Bu barədə “Report”a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, plenar iclasın vaxtı aprelin 7-dən 9-na keçirilib: “İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb”.