Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir

01 Aprel 2020 - 15:05

Milli Məclisin fəaliyyətində Azərbaycana qarşı törədilmiş soyqırım, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir. 

APA-nın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz və növbədənkənar sessiyalarının İş Planına daxil edilib.

Bu fəaliyyət sessiya dövründə davam edəcək.