Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclis Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət edib.

Müraciətdə  bu il həmrəylik gününün son dərəcə qürurla qeyd edildiyi vurğulanıb.

Müraciəti deputat Elnur Allahverdiyev oxuyub.

Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağ düşmən işğalından azad edilməsi xalqımızı qalib xalqa çevirib. Ulu öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirilib. Bu gün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Bu zəfərə xaricdə yaşayan azərbaycanlılar da yüksək dəyər verirlər.

Əziz soydaşlarımız!

Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi millətlərin tarix sahəsində oynadıqları rolun müəyyən edilməsi ilə xarakterizə olunur. Dünya tarixinə və mədəniyyətinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının yeni inkişaf dövründə rolu birləşməkdən keçir. Azərbaycan bütün dünya azərbaycanlılarının güvənc yeridir. Azərbaycan siyasi, iqtisadi, hərbi gücünü durmadan artıran dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizə çox böyük uğurlar gətirir. Xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edir.

Əziz soydaşlar!

Sizi ümummilli dəyərlərimizin gerçəkləşməsi naminə daha sıx birləşməyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hər birinizi təbrik edirik”.

Müraciət səsə qoyularaq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən Müharibəsində iştirak etmiş 82 670 hərbi qulluqçu təltif olunub

Sonrakı məqalə

AMB pandemiya ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtını uzadıb