Vəkillər və deputatlar 500 manat cərimə ilə bağlı təklifi müzakirə edirlər

Milli Məclisin komitələrinin videokonfrans formatında birgə iclasında Mülki Prosessual Məcəllə və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.

İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri, Vəkillər Kollegiyasının üzvləri və hakimlər iştirak edirlər.

Birgə iclasda Mülki Prosessual Məcəllədə 160-dək maddənin dəyişməsi müzakirə olunur.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Eyni zamanda “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, məhkəmə ilə bağlı bir sıra rüsumlar artırılır.

Bu məsələ Milli Məclisdə qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı mübahisələrə yol açıb və etirazlara səbəb olub.

Milli Məclis sədrinin tövsiyəsi ilə parlamentdə vəkillərin və hakimlərin iştirakı ilə qanun layihəsinin geniş müzakirəsi təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rövşən Əkbərovun cinayət işi məhkəməyə göndərilib –

Sonrakı məqalə

Rusiyada SSRİ ilə faşist Almaniyasını eyniləşdirmək qadağan olundu –