Rusiyada SSRİ ilə faşist Almaniyasını eyniləşdirmək qadağan olundu –Putin qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin bu gün – iyulun 1-də parlamentin daha öncə qəbul etdiyi bəzi qanunları imzalayıb. Onların içində tarixi yaddaşla bağlı olanlar da var.

“Sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsinin əbədiləşdirilməsi” haqda qanuna əlavələr keçmiş SSRİ-nin məqsəd və hərəkətlərini nasist Almaniyası ilə eyniləşdirməyi qadağan edir. Eyni zamanda “sovet xalqının faşizm üzərində qələbədə həlledici rolu”nu və Qırmızı ordunun Avropa ölkələrinin azad olunmasındakı “humanitar missiyasını” danmaq yasaqlanır.

Digər əlavələrdə nasist partiyası və SS-in rəhbərlərinin fotolarının göstərilməsi ekstremist fəaliyyət hesab edilir. “Nasizm ideologiyasına mənfi münasibətin formalaşdığı hallar” istisna olunur.

Bu normaların pozulmasına görə sanksiyalar hələlik, müəyyənləşdirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vəkillər və deputatlar 500 manat cərimə ilə bağlı təklifi müzakirə edirlər

Sonrakı məqalə

MEDİA çap mediasına dəstək layihəsinin qaliblərini açıqladı –