Milli Məclisin Aparatı buraxılıb –QƏRAR

Azərbaycan parlamentinin Aparatı buraxılıb”.

Bunu “Report”un sorğusuna cavab olaraq Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.

Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb. Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dağlıq Qarabağdakı qondarma “seçkiləri” qınamaq kifayət deyil” –

Sonrakı məqalə

Bu günədək 165 min işsizə birdəfəlik ödəniş edilib