Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək- Nələr müzakirə olunacaq?

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

“Report”un əldə etdiyi məlumata görə, növbədənkənar sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Komitə iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək.

İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda hərraclar elektron şəkildə həyata keçiriləcək

Sonrakı məqalə

Xaricdəki ali məktəblərin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir