Milli Məclisin sədri İrana gedir –Yeni prezidentin andiçmə mərasiminə

Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.

Bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

O bildirib ki, xanım S.Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti cümə axşamı günü keçiriləcək rəsmi innoqrasiya mərasimində iştirak edəcək.

Səfir qeyd edib ki, nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir