Milli Məclisin sədrindən Kəlbəcərlə bağlı paylaşım:"Azərbaycan BMT-nin 822 saylı qətnaməsini icra etdi"

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib. 

Paylaşımda bildirilib ki, bu gün Şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub.

S.Qafarova bununla da Azərbaycan Resbublikasının BMT Təhlükəsizlik Şurasının daha bir sənədini – 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş olduğunu qeyd edib: “Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan!

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir