MİLLİ MƏCLİS FRANSA İLƏ ƏLAQƏLƏRİN DAYANDIRILMASINI TƏLƏB ETDİ

Milli Məclis Fransa ilə əlaqələrin dayandırılması tələbi ilə Azərbaycan hökumətinə müraciət edib.

Azpost.info bildirir ki, bu barədə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Fransa Senatının qətnaməsinə dair bəyanatında qeyd edilib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.

2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.

3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.

4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.

5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.

6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.

Əvvəlki məqalə

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı sərt bəyanat verdi

Sonrakı məqalə

Hökumətdən Fransanın TOTAL və digər şirkətlərinin Azərbaycandan çıxarılması istənilib