Milli Məclis sədrinin və Baş nazirin köməkçilərinin maaşı artırılıb

Azərbaycanda bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Milli Məclisi sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.