Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Milli Məclisdə dövlət-din münasibətləri müzakirə olunub

User 30 Mart 2023 - 17:25 (Last updated: 21 May 2025 - 20:15)
milli meclis

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda iclası keçirilib.

İclası açan komitənin sədri Fəzail İbrahimli deyib ki, SSRİ dönəmində dini xalq üçün tiryəkə bənzədilirdi.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət-din münasibətlərində böyük uğurlar əldə olunub. Onun sözlərinə görə, “Dini etiqad azadlığı” haqqında qanunda bütün dinlərin rəvan inkişafı, azadlığı nəzərdə tutulub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hazırda dünyadakı mövcud dinləri inkar edən, ateist bir dövlət olmadığını söyləyib:

“İndiyə qədər yalnız Ənvər Xoca Albaniyanı ateist dövlət elan etmişdi, artıq belə hal yoxdur”.

Azərbaycanda din tarixindən danışan Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanın müstəqillik qazandığı, milyona yaxın insanın qaçqın və məcburi köçkünün olduğu dönəmdə humanitar yardım adı altında müxtəlif dini cərəyanlar özlərinə yer almağa çalışıb:

“1992-ci ildə “Dini etiqad azadlığı” haqqında qanun qəbul edildi. Amma bu qanun problemləri həll etmirdi, çoxlu sayda kadrlara ehtiyac vardı”.

Azərbaycanda fəaliyyət göstərən dini icmalardan danışan Dövlət Komitəsinin sədri Azərbaycanda dövlət-din münasibətləri modelinin özünü doğrultduğunu vurğulayıb.

Deputat Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərindən söz açıb, dövlət-din münasibətlərinin müsbət mənada fərqləndiyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Azərbaycanda dövlət-din münasibətlərindən, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətindən danışıb:

“Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, torpaqlarımız azad olunacaq, məscidlərimiz bərpa olunacaq, yeni məscidlər tikiləcək. Bu sözlər heç vaxt yadımdan çıxmamışdı. Biz bu gün bunun şahidi oluruq”.

Fəzail İbrahimli Azərbaycan İlahiyyat İnstitutunda təhsilin yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov nəzərə çatdırıb ki, İnstitutda təhsil pulsuzdur, tələbələrə müavinətdən başqa yemək pulu da verilir:

“Bakalavriat səviyyəsində iki ixtisas üzrə təhsil davam etdirilir. Bura İslamşünaslıq və Dinşünaslıq daxildir. Dinşünaslıqda yəhudilik və xristianlıq kimi dinlər tədris olunur. Digər tərəfdən, bizdə İslamdakı iki məzhəb üzrə kadrlar yetişdirilir. Bu şəxslər məzhəblərüstü səviyyədə yetişdirilir, keçən il ilk buraxılış olub. Magistraturada 5 ixtisas var, gələcəkdə ixtisasların sayının artırılması nəzərdə tutulur. Azərbaycan İlahiyyat İnstitutu dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub, bu İnstitutun yaradılmasının dini həyatımızda faydalarını yaxın gələcəkdə görəcəyik”.

Ümumilli lider Heydər Əliyevin din-dövlət münasibətlərinin inkişafı, multikulturalizm, tolerantlıq sahəsində böyük işlər gördüyünü söyləyən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun katibi-arximandriti Aleksey Nikoronov, hazırda Azərbaycanda tək titul xalq olan azərbaycanlıların deyil, bütün xalqların özlərini təhlükəsiz hiss etdiklərini bildirib.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev 44 günlük qələbə nəyə qadir olduğumuzu dünyaya nümayiş etdirdi: “Heydər Əliyevin də dediyi kimi, tolerantlıq Azərbaycan mədəniyyətinin yüksək təzahürüdür”.

Tədbir müzakirələrlə davam edib.

Post navigation

Previous: Məhkəmə “The Wall Street Journal”ın Rusiyada saxlanılan müxbiri ilə bağlı qərar verdi
Next: “Avropanın təhlükəsizliyi təhdid altındadır”

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.