Milli Məclisin deputatı vəfat etdi

Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.

Deputat Vahid Əhmədovun  Modern.az-a verdiyi məlumata görə dəfn mərasimi dekabrın 7-si saat 12:00-da Qubada keçiriləcək:
“Qubada “Mədəniyyət evi”ndə vida mərasimi keçiriləcək. Allah rəhmət eləsin!”

Qeyd edək ki, Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 6 noyabr 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdi. Milliyətcə yəhudi idi.
11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilib.
Ailəli idi, 4 övladı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir