Milli Onkologiya Mərkəzi tibbi və digər avadanlıqların cari təmiri işləri və təmiri xidmətləri ilə əlaqədar tenderə yekun vurub.
Pravda.az-ın xəbərinə görə, Mərkəz bu işləri “Azəri Med” QSC-yə verib.
Satınalmanın dəyəri 3 011 572 AZN-dir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.