Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır

User 22 May 2025 - 16:20 (Last updated: 22 May 2025 - 16:06)
turan01

Sumqayıt Dövlət Dram Teatrında Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.

Səhnə əsəri Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, qurluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir.

Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək. Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.

O, hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.

Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Tamaşanın premyerası yaxın vaxtlarda baş tutacaq.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda hibrid avtomobillərin sayı kəskin artdı
Next: Rəqəmsal platforma reklam subyektləri sırasına daxil edilib

Oxşar xəbərlər

TEATR
  • Mədəniyyət

Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

User 19 Noyabr 2026 - 16:03
WhatsApp Image 2026-11-19 at 12.37.15
  • Mədəniyyət

Ağrının yaddaş ömrü

User 19 Noyabr 2026 - 12:50
luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.