Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün Bakıya gətirilir –Bu Məzarlıqda dəfn olunacaq

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.

Bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat verib.

O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, Milli Qəhrəmanın cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.