Milli sərvət sayılan taxta zərər verdiyi üçün həbs olundu

Taxt
Taxt

Vyetnamda milli irs hesab edilən qədim taxtı zədələyən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. AzPost bildirir ki, həmin taxt 1802–1945-ci illər arasında hökmranlıq etmiş Nquyen sülaləsinin üzvləri üçün hazırlanıb və bu dövr Vyetnam imperiyasının son mərhələsi kimi tanınır.

Zədələnmiş eksponat Hue şəhərində yerləşən Tay Hoa sarayında saxlanılırdı. Bura imperator hakimiyyətinin əsas mərkəzi sayılır və mühüm dövlət mərasimlərinin keçirildiyi yer olub. Saray və onun yerləşdiyi kompleks YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Hadisə mayın iyirmi dördündə baş verib. Şahidlərin sözlərinə görə, sərxoş vəziyyətdə olan şəxs mühafizə hasarını keçərək taxtın üstünə çıxıb və qeyri-adekvat hərəkətlər edib. Nəticədə taxtın sol qol dayağı sınıb.

Polis tərəfindən dərhal saxlanılan şəxs psixiatrik ekspertizaya göndərilib. Vyetnam mədəni irs orqanları hadisəni ciddi pozuntu kimi qiymətləndirərək abidələrin mühafizəsinin gücləndirildiyini açıqlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.