ABŞ prezidenti Donald Tramp strateji mövqeyə malik ada ölkəsi Qrenlandiyada Rusiya və Çin varlığının artdığını iddia edərək bildirib ki, ABŞ-ın milli təhlükəsizliyi baxımından bu əraziyə ehtiyac var.
AzPost xəbər verir ki, Donald Tramp bu açıqlamanı Floridada keçirdiyi istirahətdən Vaşinqtona qayıdarkən, təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib. ABŞ prezidenti Qrenlandiyanın son dərəcə strateji əhəmiyyət daşıdığını vurğulayıb və hazırda bu ərazinin Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edib.
Qrenlanda mümkün ABŞ müdaxiləsi ilə bağlı mövqeyi soruşulan Tramp, “Milli təhlükəsizliyimiz baxımından Qrenlanda ehtiyacımız var və Danimarka bunu təmin edə bilməyəcək”, — deyə bildirib.
ABŞ prezidenti eyni zamanda Qrenlandiya üzərində Amerikanın nəzarətinin Qərbin daha geniş maraqlarına xidmət edəcəyini müdafiə edib. Onun sözlərinə görə, bu addım Avropa İttifaqının təhlükəsizliyi baxımından da zəruridir və Avropa ölkələrinin də buna ehtiyacı var.
Qeyd edək ki, Danimarkanın tərkibində muxtar bölgə statusuna malik olan Qrenlandiya daha əvvəl ABŞ tərəfindən səsləndirilən, hətta suverenliyin ötürülməsini də ehtiva edən bu cür təklifləri rədd edib.