Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Milli teatr sənətimizin yorulmaz əsgəri

Orkhan Ali 05 Dekabr 2024 - 19:40 (Last updated: 21 May 2025 - 20:15)
17334121021116762434_1200x630

Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardan biri də Əməkdar incəsənət xadimi, tanınmış rejissor və aktyor Məmmədkamal Kazımovdur. Tamaşaçılar daha çox onu rejissor Ramiz Həsənoğlunun “Ac həriflər” tammetrajlı bədii televiziya tamaşasındakı Səlman obrazından tanıyır. Yaratdığı saysız-hesabsız obrazlar qalereyası ilə hər kəsin rəğbətini qazanan sənətkar ömrünün 61 ilini Azərbaycan teatr və kino sahələrinin inkişafına həsr edib. O, milli teatr sənətimizin yorulmaz əsgəri, bu sənətə sadiq sənətkar olduğunu yaratdığı obrazlarla bir daha sübut edib. Əsilzadə və xeyirxah insan olan Məmmədkamal Kazımov həm də teatr aləminin canlı ensiklopediyası hesab olunurdu. O, təkcə Azərbaycan teatrı deyil, həm də dünya teatrı haqqında çox məlumatlı idi.

Bu fikirlər dekabrın 5-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, teatr və kino aktyoru, rejissor Məmmədkamal Kazımovun anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə səslənib.

Əvvəlcə tədbir iştirakçıları fondun foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Əməkdar artist Elnur Kərimovun aparıcılığı ilə keçirilən tədbirdə Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Rafiq Quliyev və başqaları görkəmli sənətkar haqqında ürəkdolusu danışaraq onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.

Bildirilib ki, onun yaratdığı rollar öz şirinliyi, səmimiyyəti, sadəliyi, özünəməxsusluğu ilə diqqət çəkib.

Qeyd edilib ki, Məmmədkamal Allahqulu oğlu Kazımov 1929-cu il avqustun 27-də Bakının Maştağa kəndində dünyaya göz açıb. Orta təhsilini 187 nömrəli orta məktəbdə alıb. Erkən çağlardan teatra maraq göstərib. Məktəbin dram dərnəyində yaxından iştirak edib.

Orta məktəbi bitirdikdən sonra Akademik Dram Teatrının nəzdində açılmış aktyorluq studiyasına qəbul olunub. Görkəmli aktyor və rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi studiyada üç il oxuyub. Müəyyən təcrübə əldə etdikdən sonra teatrın köməkçi heyətinə işə götürülüb. Əvvəlcə epizodik rollarda səhnəyə çıxıb. Qısa müddət ərzində kollektivin sevimlisinə çevrilib. Səhnə sənətinə dərin marağını görən rejissorlar tamaşalarda rejissor köməkçisi, rejissor assistenti kimi onunla əməkdaşlıq edirdilər.

M.Kazımov 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə qəbul olub. O, sonra həmin təhsil ocağının Rejissorluq fakültəsini də bitirib.

Akademik teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar hazırlayıb. A.Arbuzovun “Tanya”, H.Muxtarovun “Kimdir müqəssir?”, E.Ryazanovun “Sevgi-sevgi”, A.S.Puşkinin “Yatmış gözəl və yeddi qardaş”, İ.Səfərlinin “Yol ayrıcında”, S.Dağlının “Kölgələr pıçıldaşır”, Q.Qorinin “Görünməmiş toy”, M.F.Axundzadənin “Xırs quldurbasan”, A.Şaiqin “Fitnə” kimi əsərlərinə verdiyi quruluşlar özünəməxsusluğu ilə seçilib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Diqqətə çatdırılıb ki, istedadlı rejissorun fəaliyyəti Milli Dram Teatrı ilə məhdudlaşmayıb. O, eyni zamanda, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Y.Məmmədovun “Ana məhəbbəti”, “Tənqid-təbliğ teatrı”nda Q.Rəsulovun “Məhəbbət oyunu”, “Əhli-beyt teatrı”nda Ş.Nəzərlinin “Mücdədin yuxusu” əsərlərinə səhnə həyatı verib.

Mədəniyyət Nazirliyinin göndərişi ilə M.Kazımov 1983-cü ildə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsinə təyin olunub. O, bu kollektivdə beş il çalışıb. Həmin illər çox məhsuldar və maraqlı olub. M.Kazımov Ağdam teatrında işlədiyi müddətdə M.Hüseyn və İ.Əfəndiyevin “İntizar” pyesinə, S.Rüstəmin “Qaçaq Nəbi”, Ə.Fərzəlinin “Yurdda kim qaldı”, Ə.İlhamın “Qızıl əjdaha” və “Nərgiz ana”, İ.Məlikzadənin “Son gecə”, M.Lermontovun “İki qardaş”, S.Vurğunun “Fərhad və Şirin” və başqa əsərlərə quruluş verib.

Görkəmli sənətkar Bakı şəhər Xətai adına Mədəniyyət sarayında fəaliyyət göstərən S.Vurğun adına Xalq teatrına 20 ilə yaxın rəhbərlik edib. Burada da bir-birindən maraqlı 40-dan artıq tamaşa hazırlayıb.

Əməyi yüksək qiymətləndirilən sənətkar 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.

Bildirilib ki, M.Kazımov, eyni zamanda, kino sahəsində uğurla fəaliyyət göstərib. Çəkildiyi filmlərin əksəriyyətində epizodik rollar yaratsa da, tamaşaçıların rəğbətini qazanmağı bacarıb. Onun “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Qətl günü”, “Ümid”, “Mənim ağ şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır”, “Qara “Volqa” və s. bədii filmlərdə, eləcə də “Ac həriflər” televiziya tamaşasında həyat verdiyi obrazlar kinosevərlərin qəlbində əbədi sevgi qazanıb.

Sənətkar ömrünün son günlərinə qədər teatrdan ayrılmayıb. Sonuncu iş yeri Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” teatrı olub. Burada baş rejissor kimi fəaliyyət göstərən M.Kazımov S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Solğun çiçəklər” və başqa əsərləri səhnələşdirib.

Məmmədkamal Kazımov 2005-ci il dekabrın 13-də vəfat edib.

Tədbirdə sənətkarın oynadığı teatr tamaşalarından, çəkildiyi filmlərdən kadrlar da nümayiş olunub.

Sonda sənətkarın ailəsi adından qızı Vəfa Novruzova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib(azərtac).

Post navigation

Previous: Minsk qrupunun ləğvi ATƏT-in effektiv fəaliyyətini təmin edəcək
Next: İsrail prezidenti müsəlman dini liderləri ilə görüşüb –

Oxşar xəbərlər

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23

xƏBƏR

yer kuresi01
  • Maraqlı

Yerdə həyat yaranmasaydı, planetimiz necə olardı? – Alimlərdən təəccüblü nəticəyə

User 12 Noyabr 2026 - 11:10
Alimlər Yer kürəsinin həyatın heç vaxt yaranmadığı şəraitdə necə inkişaf edəcəyini kompüter modeli vasitəsilə araşdırıblar. Nəticələr göstərib...
Read more about Yerdə həyat yaranmasaydı, planetimiz necə olardı? – Alimlərdən təəccüblü nəticəyə
Mağaza aldığınız malı geri götürmür? – Bu imtinası nə vaxt qanunsuzdur market
  • Sosial

Mağaza aldığınız malı geri götürmür? – Bu imtinası nə vaxt qanunsuzdur

User 12 Noyabr 2026 - 10:55
Yaş saçla yatmaq niyə təhlükəlidir?- Yatağınızda gizlənən risklər sac yuma
  • Maraqlı

Yaş saçla yatmaq niyə təhlükəlidir?- Yatağınızda gizlənən risklər

User 12 Noyabr 2026 - 10:40
Kartda çoxlu pul saxlamaq təhlükəlidir? – Müştərinin bilməli olduğu vacib məqamlar kart bank
  • Sosial

Kartda çoxlu pul saxlamaq təhlükəlidir? – Müştərinin bilməli olduğu vacib məqamlar

User 12 Noyabr 2026 - 10:27
Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin Tibbi Yardım
  • Sosial

Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin

User 12 Noyabr 2026 - 10:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.