Boris Consonun yerinə namizəd seçicilərlə görüşə cırıq ayaqqabıda gəldi - FOTO

Böyük Britaniyanın baş naziri postuna namizəd Rişi Sunak seçicilərlə görüşə cırıq ayaqqabıda gəlib.

Azpost.info xəbər verir ki, Sunak görüşdə elə oturub ki, fotoqraflar ayaqqabılarında olan dəliyi sərbəst şəkildə çəkə bilsinlər.

Jurnalistlər dərhal bunun son iddialara cavab olaraq qəsdən edilmiş piar olduğunu yazıblar. İyul ayında tikinti sahəsini ziyarət edərkən Sunak 500 funt-sterlinqlik “Prada” markalı ayaqqabı geyinmişdi.

Sunak Britaniyanın ən zəngin siyasətçilərindən biri hesab olunur və buna görə tez-tez tənqidlərə tuş gəir. Onun həyat yoldaşı ilə ümumi kapitalı 730 milyon funt sterlinq olaraq qiymətləndirilir.

Köhnəlmiş ayaqqabılara baxmayaraq, seçicilərlə görüşdə ona dəbdəbəli mülkü və 400 min funt sterlinqlik hovuzu ilə bağlı suallar verilib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan əhalisinin sayı açıqlanıb

Sonrakı məqalə

“MİDA mənzil satışında hansı dəyişiklik edib? Bu barədə niyə məlumat vermir?” –