Milyonlar qazanırdı, indi kuryedir –Süni intelekt onu işsiz qoydu

Shawn K
Shawn K

Bir vaxtlar illik 150 min dollar qazanan proqram mühəndisi Shawn K indi pul qazanmaq üçün kuryerlik edir. 20 illik təcrübəsi və kompüter elmləri üzrə diplomu olan mühəndis süni intellektin sürətli inkişafı səbəbilə texnologiya sektorundan kənarda qalıb.

Milli.Az xəbər verir ki, pandemiya və 2008-ci il maliyyə böhranında işsiz qalmasına baxmayaraq sektora qayıda bilən Shawn bu dəfə vəziyyətin fərqli olduğunu deyir. 800-dən çox iş müraciəti etsə də, cəmi 10-u müsahibəyə çağırıb və bir çox hallarda insan yox, süni intellekt tərəfindən qiymətləndirilib. “Özümü görünməz hiss edirəm. Heç kimlə ünsiyyət qurulmadan sıradan çıxarılırmışam,” – deyə o bildirir.

Əvvəllər metaverse texnologiyası üzərində çalışan Shawn indi Nyu-Yorkda bir karavanda yaşayır və “DoorDash” vasitəsilə sifariş daşımaqla və evindəki əşyaları “eBay”da satmaqla dolanır.

Qeyd edək ki, “Anthropic” şirkətinin baş direktoru Dario Amodei-nin sözlərinə görə, 2025-ci ilin sonuna qədər kodların 90 faizini süni intellekt yazacaq. Təkcə 2024-cü ildə 150 mindən çox texnologiya mütəxəssisi işini itirib, 2025-in ilk rübündə isə bu rəqəm artıq 50 mini keçib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.