Milyonlarla manatlıq tenderlərin qalibi olan “Az-Services” MMC kimindir?

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən “Böyük qayıdış” portalı proqram təminatının satın alınması həyata keçirilib.

AzPost xəbər verir ki, satınalmanın qalibi “Az-Services” MMC olub. Müqavilənin dəyəri 2 500 000 manat təşkil edir. Satınalma “Bir mənbə” metodu ilə baş tutub.

Qeyd edək ki, “Az-Services” MMC bundan əvvəl Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Ağcabədi və Sabirabad rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 223 820 manat təşkil edib.

Həmçinin DİN-nin Tibb İdarəsinə bilavasitə Tabe olan A.N.Heydərov adına Respublika Hospitalının elan etdiyi qazanxananın təmiri üçün ehtiyyat hissələrinin və texniki servis xidməti üzrə elan olunan 166960 manatlıq tenderin qalibi də bu şirkət olub.

Bakı Sağlamlıq Mərkəzi “İnformasiya texnologiyaları avadanlıqlarının satınalınması” tenderinə görə şirkətə 557 609 manat ödəyib.

Sığorta üzrə Dövlət Agentliyi İKT avadanlıqlarının və lisenziyalarının satın alınması ilə bağlı elan etdiyi açıq tender nəticəsində  “Az Services” MMC-yə 1 163,3 min manat verib.

“AZ SERVİCES” MMC “Cəlilabad Müalicə Diaqnostika Mərkəzi”nin tikili və avadanlıqların cari təmiri üzrə 48 299 manatlıq tenderin də qalibi olub.

AzPost-un şirkətin rəsmi saytında apardığı araşdırma zamanı onun rəhbərliyi ilə bağlı hər hansı məlumata rast gəlinməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.