Milyonluq tenderlərinin qalibi “Medaz” MMC kimindir?

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi cihazlar və avadanlıqlar alır.

Bunun üçün 447 559 AZN sərf olunacaq.

Satış “Medaz” MMC tərəfindən ediləcək. Buraya buxarlı sterilizatorlar, KTQ cihazları, körpə daşıyıcı arabalar, cərrahi aspiratorlar, EXO və USM cihazı daxildir.

Tərəflər arasında müqavilə bağlanıb.

Qeyd edək ki, bundan əvvəl İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi «Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması (II elan) Açıq tender» tenderinin tenderin qalibi “Medaz” MMC olub. Şirkətlə 3 milyon 561 min 948 manat məbləğində müqavilə imzalanıb.

Həmçinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası mindray CAL 6000, mindray C 3100, mindray CL-1200i cihazları üçün hematoloji, koaqulyasiya və hormon reaktivləri üçün şirkətə  186 425 AZN ödəyib.

Şirkət həmçinin Mərkəzi Neftçilər Xəstəxanası Publik Hüquqi Şəxsinin ultrasəs müayinə cihazları üçün ötürücülərin satın alınması ilə bağlı elan etdiyi tenderdən 189.998,88 manat vəsait alıb.

Şirkətin rəsmi saytında Bakıda və Ankarada ofisinin olduğu qeyd olunsa da rəhbəri və əməkdaşları barədə məlumat verilməyib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.