“Min musiqiçidən uzağı yüzü toya gedir, bəs qalanları?” –Siyavuş Kərimi

Azərbaycanda musiqiçilərin durumu iş tapmaq baxımından problemlidir.

Bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.

“Kim normal yaşayırsa, o adamlar toya gedir. Minlərlə musiqiçidən uzağı yüzü-iki yüzü toya gedir, gedə bilir. Bəs qalanları?” – rektor əlavə edib.

Siyavuş Kərimi hesab edir ki, Konservatoriyanı bitirən kəs orta məktəblərdə musiqi fənnini tədris eləmək gücündədir: “Amma musiqidən bixəbər adamlar onların yerini tutur, musiqi tədris edirlər. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.