“Mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edirik” –Rusiya XİN

“Biz iyunun 12-də Azərbaycanın 15 nəfər Ermənistan vətəndaşını İrəvana təhvil verməsini alqışlayırıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinin hansısa bir şərt irəli sürmədən yekunlaşmasına tərəfdar olduqlarını bildirib.

“Bununla yanaşı, biz digər humanitar problemlərin də həllini vacib hesab edirik. Xüsusi ilə də ərazilərin minalardan təmizlənməsini və minalanmış ərazilərin xəritələrinin verilməsini… Bizim bu istiqamətdə səylərimizdən sizin xəbəriniz var!” – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Regionda ikitərəfli hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır” –

Sonrakı məqalə

Hərbçimiz Kəlbəcərdəki Alagöldə çimərkən boğulub –